Amerikalı müğənni və aktyor Mit Loaf 74 yaşında vəfat edib.
Bu barədə sənətçinin rəsmi “Facebook” səhifəsində qeyd edilib.
Müğənninin 1977-ci ildə çıxan məşhur “Bat Out of Hell” albomu bütün zamanların ən çox satılan on musiqi albomu siyahısında qalmaqdadır.
Loaf aktyor kimi “Döyüş Klubu”, “Qara İt” kimi filmlərdə çəkilib.
Mənbə: RİA Novosti