kriminal.az
Kiyevdə yaşayış məhəllələri raket hücumuna məruz qalıb - VİDEO

Rusiya ordusu Ukrayna paytaxtı Kiyevdə yaşayış binalarının olduğu ərazini raket atəşinə məruz qoyub.

İlkin məlumata əsasən, raketlər Podolsk rayonundakı yaşayış məhəlləsinə düşüb.

Hadisənin videosu Kiyev Şəhər Dövlət Administrasiyasının “Telegram” kanalında da yerləşdirilib.

Hazırda hadisə yerində xilasedicilər və tibb işçiləri fəaliyyət göstərirlər. İnsan itkiləri barədə hələ xəbər verilməyib.

Mənbə: Rbc.ua

Top
0.29124808311462