kriminal.az
Bakıda oğlan ailə məsələsinə görə özünü öldürmək istədi

Bakıda intihara cəhd hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsində “3-cü mikrorayon” dairəsi yaxınlığındakı körpüdə baş verib.

Sabirabad rayon sakini C.Səmədov körpüyə çıxaraq özünü atmaq istəyib.

Ərazidə xidmət aparan polis əməkdaşlarının hadisəyə müdaxiləsi nəticəsində o, fikrindən daşınıb. C.Səmədov Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı gənc oğlanın ailə məsələlərinə görə canına qəsd etmək istəməsi üzə çıxıb.

Top
0.27765083312988