kriminal.az
Cəlilabadda iki min yaşı olan tarixi əşya aşkarlanıb - FOTO

Cəlilabad rayonunda məktəb şagirdləri tarixi əşyalar aşkarlayıb.

“Report” xəbər verir ki, tarixi əşyalar Şatırlı kəndi ərazisində tapılıb.

Yerli tarixçi Elşad Əmənovun sözlərinə görə, tapılan məişət əşyası 19-cu əsrə aid edilir. Üzərində runik yazı işarəsi olan boyunbağı isə orta əsrlərə aid yaşayış yerindən tapılsa da, 1800-2000 illik tarixə malikdir.

Tapılan əşyalar rayon Tarix diyarşünaslıq muzeyinə təhvil veriləcək.

Top
0.33464908599854