kriminal.az
FHN Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in verdiyi xəbərə görə, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Şəmkir rayonunun “Ağ dağlar” deyilən ərazisində yol kənarında yerləşən fərdi sahibkar Əliyev Yalçın Nəriman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı maye qazdoldurma məntəqəsində insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, məntəqədə istismar olunan tutumların müddətinin bitməsi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazların və qoruyucu qurğuların yoxlanılmadığı müəyyənləşdirilib. Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığını nəzərə alınaraq maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən maye qazdoldurma məntəqəsinin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün sahibkara təqdim edilib.

Top
0.28179907798767