kriminal.az
Sabah bəzi yerlərdə 42 dərəcə isti olacaq - PROQNOZ

Avqustun 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28 dərəcə isti, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti, Bakıda gecə 25-27 dərəcə isti, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 41-42 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq.

Top
0.30735397338867