Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas homoseksual olduğunu yazıb.
“Ümid edirəm ki, mənə hörmət edirssiniz. Mən maviyəm. Hər kəsin bazar günü mübarək”, - keçmiş ispaniyalı qapıçı tvit ataraq qeyd edib.
Kasilyasın milli komandadakı keçmiş həmkarı, “Barselona”nın eks-müdafiəçisi Karles Puyol isə bu tvitə “Hekayəmizi danışmağın vaxtıdır, İker”, - yazaraq cavab verib.
Xatırladaq ki, 2009-cu ildə Kasilyas ispan teleaparıcı Sara Karbonero ilə görüşməyə başlayıb. 20 mart 2016-cı ildə onlar ailə qurublar. Cütlüyün iki oğlu var: Martin (2014) və Lukas (2016). 12 mart 2021-ci ildə cütlük 12 il birlikdə olduqdan sonra ayrıldıqlarını elan ediblər.