kriminal.az
MINEPS VII konfransı Azərbaycanda keçiriləcək

Azərbaycan 2023-cü ildə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına ev sahibliyi edəcək.

Kriminal.Az-ın məlumatına görə, bu barədə müvafiq qanunu Prezident İlham Əliyev təsdiq edib.

Qanunda qeyd olunur ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14-17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair Ev Sahibliyi haqqında” 2022-ci il oktyabrın 28-də Paris şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Top
0.31525087356567