Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab dəyişib.
Qarşılaşmanın 68-ci dəqiqəsində Andreas Kristensen Danimarkanın cavab qoluna imza atıb. 1:1
21:25
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında hesab açılıb.
Qarşılaşmanın 61-ci dəqiqəsində Kilian Mbappe Fransanı önə çıxaran qola imza atıb - 1:0.
21:06
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçında ikinci hissə başlayıb.
Qarşılaşmada hesab açılmayıb.
20:51
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunda Fransa - Danimarka matçında ilk hissə başa çatıb.
Qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb - 0:0.
20:01
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda Fransa - Danimarka matçı başlayıb.
Polşalı hakim Şimon Marçinyakın idarə etdiyi oyun saat 20:00-da start götürüb.
19:26
Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Danimarka yığmalarının start heyətləri açıqlanıb.
Kriminal.Az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.