kriminal.az
Abşeronda iki avtomobil toqquşub: Beş yaşlı uşaq xəsarət alıb

Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2018-ci il təvəllüdlü Hüseynzadə Mehdi İsmayıl oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb .

Hadisənin təfərrüatı araşdırılır.

Top
0.3641209602356