Sentyabrın 16-17-də Monqolustanın paytaxtı Ulan-Batorda səkkiz komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi baş tutacaq.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, təmsilçimiz “Neftçi” B qrupunda Çin, ABŞ milliləri və “Yuanda” (Çin) klubu ilə üz-üzə gələcək.
“Ağ-qaralar” ilk qrup oyununu sentyabrın 16-sı Bakı vaxtı ilə saat 12:15-də ABŞ yığmasına qarşı keçirəcək. İkinci matç saat 14:05-də Çin millisinə, sonuncu qrup görüşü isə saat 15:05-də “Yuanda” klubuna qarşı baş tutacaq.
Qeyd edək ki, qruplarda ilk pilləni tutmuş komandalar yarımfinala, ikinci və üçüncü sıranı tutmuş kollektivlər isə “play-in” mərhələsinə vəsiqə qazanacaqlar.