Səudiyyə Ərəbistanının “Ən Nəsr” futbol klubu İrana səfər edib.
Kriminal.Az xəbər verir ki, heyətində portuqaliyalı ulduz Kriştianu Ronaldunun yer aldığı ərəb komandası sentyabrın 19-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində yerli “Persopolis”lə üz-üzə gələcək.
Yerli azarkeşlər məşhur futbolçunu böyük coşqu ilə qarşılayıblar. Hətta Ronaldunu görmək üçün gələn izdihamın çox olması səbəbindən “Ən Nəsr” İrandakı məşqini ləğv etməli olub.