kriminal.az
61 yaşlı Demi Mur cazibədarlığı ilə göz qamaşdırdı - FOTO/VİDEO

İtaliyanın “Dolce&Gabbana” moda evi əlamətdar hadisəni - yaradılmasının 40 illiyini qeyd edib. Yubiley üçün brend “From the Heart to the Hands: Dolce & Gabbana” sərgisi hazırlayıb.

Ekspozisiyanın açılışı və brendin ad günü münasibətilə qonaqların möhtəşəm siyahısı ilə geniş miqyaslı şənlik keçirilib. Bayramın qonaqları arasında aktrisalar və aktyorlar, birinci dərəcəli modellər, səhnə ifaçıları və bir çox başqaları var idilər.

Tədbirin ulduzu 61 yaşlı aktrisa Demi Mur olub. O, cəlbediciliyi ilə bütün gözləri üzərinə toplayıb. Belə ki, aktrisa şəffaf gümüşü tor libası ilə əla bədən quruluşunu nümayiş etdirib.

@oxuaz

61 yaşlı Demi Mur gözəlliyi ilə göz qamaşdırdı

♬ оригинальный звук - Oxu.az News

Mənbə: Rbc.ru

Top
0.047816038131714