kriminal.az
Azərbaycan gimnastı: “İstərdim ki, Azərbaycana iki qızıl medal gətirim”

“İstərdim ki, Azərbaycana iki qızıl medal gətirim, lakin alınmadı. Əsas odur ki, mükafata yiyələndim”.

“Report” xəbər verir ki, bu sözləri Portuqaliyanın Qimarayeş şəhərində keçirilən Avropa çempionatında tamblinq üzrə komanda hesabında qızıl medal qazanan yığma üzvü Mixail Malkin deyib.

Onun sözlərinə görə, iyul ayında Portuqaliyanın Koimbra şəhərində Dünya Kuboku təşkil olunacaq: 

“Yaxşı hazırlaşacağıq ki, orada da nailiyyətlərimizin davamını gətirək”.

Qeyd edək ki, tamblinq üzrə millinin üzvləri Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında qızıl medala yiyələniblər. Yığmamız bu növ üzrə ilk dəfə Avropa çempionatında komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tofiq Əliyev (tamblinq) isə fərdi çıxışda gümüş mükafat qazanıb.

Top
0.14448690414429