Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı qrosmeyster V turda Hindistan təmsilçisi Dommaracu Qukeş ilə üz-üzə gələcək.
Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 1,5 xalla 4-8-ci, 2,5 xala malik Qukeş isə 2-3-cü yerləri bölüşdürür.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrosmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.