kriminal.az
Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar

Cari ilin yanvar-mart ayları ərzində KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 75 təlim təşkil olunub.

Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər mövzuları əhatə edib.

Bu dövrdə 13 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya ilə biznes əməkdaşlığı Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib. Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 45 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Ümumilikdə 2024-cü ilin I rübündə Agentliyin təşkilatçılığı ilə keçirilən təlimlərdən 800-dən çox biznes subyekti və potensial sahibkar yararlanıb. 

Bu dövrdə 208 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib. KOBİA 152 biznes planın hazırlanması üçün KOB subyektlərinə dəstək olub. 

Top
0.047688961029053