kriminal.az
Rusiyada naməlum şəxslər polisləri güllələdilər: Ölənlər var - FOTO

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında naməlum şəxslər üç polisi güllələyib, patronlu pulemyotları oğurlayıb, qaçıblar.

Hadisə təhlükəsizlik qüvvələrinin patrul xidməti apardığı zaman baş verib. Polislərdən ikisi hadisə yerində, biri isə xəstəxanada ölüb. Ölənlər tağım komandirinin müavini və onun tabeliyindəki polislər olublar.

Məlumata görə, naməlum şəxslər polislərin olduğu avtomobilə yaxınlaşaraq onlara atəş açıb, daha sonra tapança və “Kalaşnikov” avtomatını oğurlayıb aradan çıxıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Ruslan Semyonov və Marat Bıtdayev axtarışdadırlar. Rusiya İstintaq Komitəsinin bəyanatına görə, üç polis əməkdaşının güllələnməsi ilə bağlı cinayət işi açılıb.

Mənbə: “NEWS.ru” “Telegram”

Top
0.047362089157104