COP29-un rəhbər heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) müşahidəçiləri ilə görüşüb.
Kriminal.Az xəbər verir ki, bu barədə COP29-un “X” səhifəsində paylaşım edilib.
“Bu gün COP29-un rəhbər heyəti Bakıdakı COP29 üçün prioritetlərə dair fikirlərini müzakirə etmək üçün BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb. BMT İDÇK-nın doqquz müşahidəçisi qlobal iqlim öhdəliklərini reallığa çevirməyə kömək edəcək cəmiyyətdə əsas qrupları təmsil edir”, - səhifədə diqqətə çatdırılıb.
The #COP29 leadership team today met with the @UNFCCC Constituencies to discuss their views on the priorities for #COP29 in Baku. The nine UNFCCC Constituencies represent key groups across society that will help make global climate commitments a reality. pic.twitter.com/77yokjS17X
— COP29 AZ (@COP29_AZ) April 25, 2024