kriminal.az
Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Son illər paytaxtda mənzillərin xeyli bahalaşması ipoteka krediti ilə mənzil sahibi olmaq istəyənləri də seçim qarşısında qoyub.

Xezerxeber.az-ın məlumatına görə, mənzillər bahalaşdığı üçün ipoteka məbləği də çox olmalıdır.

Aparılan sorğudan da aydın olur ki, paytaxt ərazisində ipoteka ilə mənzil almaq hələ də bəzi vətəndaşların imkanı xaricindədir. Belə ki, əvvəllər Bakıda 50-60 min manata satılan bina evlərini hazırda 100 min manatdan ucuz qiymətə tapmaq müşkülə çevrilib.

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, mənzillərin qiyməti artdıqca ipoteka krediti üçün aylıq ödənişlərin də məbləği artır.

Ekspert onu da vurğulayıb ki, qiymət baxımından yeni tikilən binalar bəzi vətəndaşlar üçün, ümumiyyətlə, əlçatan deyil. Ona görə də, ipoteka kreditlərinin məbləği əmlak bazarındakı qiymət artımı ilə uyğunlaşdırılmalıdır.

Ətraflı süjetdə:

Top
0.085458993911743