Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev doğulduğu Gəncə şəhərində dəfn ediləcək.
Bu barədə Azpolitika.info məlumat yayıb.
Qeyd edilib ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində də çalışıb.
Məlumat üçün bildirək ki, M.Abdullayev Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun və kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun bacısı oğludur.
Hadisə ilə bağlı araşdırma aparılır.
Fotoda Aslan Aslanov
12:24
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Kriminal.Az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində Müşfiq Abdullayev dünyasını dəyişib.
O, Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru olub.
Qeyd edək ki, M.Abdullayev Şəmkir rayonunun sabiq, mərhum icra başçısı Aslan Aslanovun bacısı oğludur.
Samir İsayev