Kanadada bitominoz neft (neftli qum - neftin bir növü) hasilatı mərkəzi olan Fort Makmurrey şəhərində təxliyə elan edilib.
Bu barədə yerli hökumətdən xəbər verilib.
Buna səbəb ölkəni cənginə alan meşə yanğınlarıdır. Fəlakətlə əlaqədar 6 minə yaxın sakin evlərini tərk etməyə hazırlaşır.
Qeyd edək ki, Kanadada yanğın ötən həftədən başlayıb, ancaq quraqlıq və güclü külək yanğınsöndürənlərin işini çətinləşdirib. Son məlumatlara görə, təbii fəlakət təxminən 21 min hektar ərazini əhatə edir.
Hökumət təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edib.
Mənbə: RBK