kriminal.az
Maliyyə naziri:

"Azərbaycanda aprel ayında qeydə alınmış 0% aylıq inflyasiya yaxşı göstərici deyil, amma 16-17% inflyasiya da yaxşı hal deyil".

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Çalışmalıyıq ki, inflyasiya təkrəqəmli - 4-5% olsun. Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə bağlı hədəfi 4-6%-dir", - deyə o qeyd edib.

Top
0.19896697998047