kriminal.az
Fransanın Şri-Lankadakı səfiri Kolombodakı iqamətgahında ölü tapıldı

Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.

Bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib.

Departament fransız diplomatın ölüm səbəbini dəqiqləşdirmir.

Məlumata görə, 53 yaşlı Paktenin ölümünə səbəb ürək tutması olub.

Mənbə: The Daily Mirror

Top
0.088970899581909