kriminal.az
Yuxunun hansı mərhələsi stresin qarşısını alır?

Finlandiyanın Helsinki Universitetinin alimləri müəyyən ediblər ki, dərin və ya ləng dalğa adlanan fazada pozulmuş yuxu oyanış zamanı emosional stresin artmasına səbəb olur.

Eksperimentdə 29 nəfər iştirak edib. Tədqiqatçılar iştirakçılardan stres reaksiyalarını üzə çıxarmaq üçün karaokedə bir neçə mahnı ifa etməyi xahiş edib, daha sonra isə onların hər birinə oxuduqları mahnını musiqi müşayiəti olmadan təqdim ediblər.

Səs yazısını dinləməklə yaranan stresə fizioloji reaksiyalar tədqiqatın birinci mərhələsindən sonra axşam, həmçinin növbəti iki gün ərzində səhər saatlarında ölçülüb. Qeyd olunur ki, iştirakçılar əvvəllər yuxunun sürətli və yavaş fazalarının pozulmasını simulyasiya etmək üçün iki qrupa bölünüblər.

Tez yuxu fazası beyin fəaliyyətinin artması ilə xarakterizə olunur. Bu mərhələnin əlamətlərindən biri göz almalarının sürətli hərəkətidir. Ləng dalğalı yuxu ilə nəfəsalma və ürək döyüntülərinin tezliyi azalır, əzələlər rahatlaşır və bütün hərəkətlər yavaşlayır. Tez və ləng yuxu dövrləri gecə bir neçə dəfə bir-birini əvəz edir.

Araşdırma göstərib ki, tez yuxu fraza yuxusunu qoruyarkən ləng dalğalı yuxunun pozulması ertəsi gün səhər stresə daha güclü fizioloji reaksiyalarla nəticələnib. Elm adamları tez yuxu fazasının stresli xatirələrin emosional rənglənməsini gücləndirdiyini, beynin ləng fazada kifayət qədər istirahət etmədiyini irəli sürüblər.

Mənbə: Gazeta.ru

Top
0.13618397712708