kriminal.az
Eko-fəal Parisdə məşhur əsərin üzərinə poster yapışdırdı

Fransanın paytaxtı Parisdə eko-fəal impressionist rəssam Klod Monenin əsərinin üzərinə poster yapışdırdığına görə həbs edilib.

Hadisə Fransanın və dünyanın ən məşhur muzeylərindən biri olan Orse muzeyində baş verib.

"Riposte Alimentaire" hərəkatının nümayəndəsi öz aksiyasını qlobal istiləşməyə diqqət çəkmək istəyi ilə izah edib.

Qeyd olunub ki, 1873-cü ilə aid olan Klod Monenin əsəri şüşə ilə qorunduğundan ona zərər dəyməyib.

Orse muzeyinin rəhbərliyi hələlik hadisəni şərh etməyib.

Mənbə: İnterfax

Top
0.072150945663452