kriminal.az
Meyitinin qalıqları 31 il sonra tapılan Abış Məhəmmədovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Abış Əsgər oğlu Məhəmmədovla vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, Bakının Qaradağ rayonunda baş tutan mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşi Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Abış Əsgər oğlu Məhəmmədov 31 avqust 1993-cü ildə Qubadlı rayonunun Balasoltanlı kəndində itkin düşüb.

Top
0.041682004928589