Avqust ayında ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova ailə həyatından danışıb.
Kriminal.Az xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan müğənni, yeməkləri özünün hazırladığını bildirib.
Qonaq qarşılamağı sevdiyini deyən Aysun, həyat yoldaşının ona restoran açmağı təklif etdiyini deyib:
"Evdə köməkçim yoxdur, hər işimi özüm edirəm. Həftədə bir dəfə qadın gəlir paltar ütüləməyə kömək edir. 15-20 dəqiqə ərzində yemək hazırlaya bilirəm. Yoldaşım da hər dəfə deyir ki, gərək sənə restoran açaq".