kriminal.az
Tək atəş şansı, zərərsizləşdirilən soyğunçu: Floridadakı unikal əməliyyatın GÖRÜNTÜLƏRİ

Florida polisi Bankda girov götürülən şəxslərin xilasetmə əməliyyatı ilə bağlı unikal kadrlar yayıb.

Hadisə "Bank of America" filiallarından birində baş verib. 36 yaşlı kişi bankın binasına daxil olaraq üzərində güclü partlayıcı qurğu olduğunu bildirib və pul tələb edib.

Qeyd edilib ki, polis binanı mühasirəyə aldığı zaman soyğunçu iki bank işçisini girov götürərək küncdə oturub. Daha sonra bıçaq çıxararaq onlardan birinin boğazına dirəyib.

Kadrlardan görünür ki, polis soyğunçunun diqqətini yayındırarkən, snayper silahını polis yoldaşının çiyninə qoyaraq yeganə atəş şansı üçün hazırlaşır, əlverişli an gələndə isə snayper tətiyi çəkir...

Güllə kompüter monitorunun içindən keçərək iki girov arasından soyğunçunu ölümcül yaralayıb. Hadisə zamanı cinayətkardan başqa heç kim xəsarət almayıb.

Tək atəş şansı, zərərsizləşdirilən soyğunçu: Floridadakı unikal əməliyyatın GÖRÜNTÜLƏRİ

Tək atəş şansı, zərərsizləşdirilən soyğunçu: Floridadakı unikal əməliyyatın GÖRÜNTÜLƏRİ

Mənbə: Kp.ru

Top
0.28388404846191