kriminal.az
Paşinyan və ABŞ dövlət katibi Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini müzakirə ediblər.

Kriminal.Az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat katibliyi məlumat yayıb.

"Tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Dövlət katibinin müavini vurğulayıb ki, Birləşmiş Ştatlar iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə verməyə davam edəcək", - dərc edilən mətndə qeyd olunub.

Top
0.049293041229248