kriminal.az
Ermənistan ordusunda dəllallıq: Torpaq sahələrini satıblar

Ermənistan Müdafiə Nazirliyinin keçmiş yüksəkvəzifəli məmuru 19 torpaq sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi yolu ilə dövlətə 6,2 milyard dram (təxminən 16 milyon dollar) məbləğində ziyan vurmaqda ittiham olunur.

Kriminal.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

İş materiallarına görə, Ermənistan Müdafiə Nazirliyinin Əsaslı Tikinti və Qoşunların Təsərrüfatı İdarəsinin sabiq rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək göstərilən torpaq sahələrini bazar qiymətindən aşağı qiymətə satıb. Sövdələşmələr 2005-2008-ci illər arasında bağlanıb. Bu işdə ona bir sıra müdafiə idarəsinin və dövlət qurumlarının nümayəndələri kömək ediblər.

Ermənistan Cinayət Məcəlləsinin 190-cı maddəsinin üçüncü hissəsi (çirkli pulların yuyulması) və 375-ci maddəsinin ikinci hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi açılıb.

Hazırda onun əmlakına həbs qoyulub.

Top
0.077066898345947