kriminal.az
Qarpızla xiyar turşusu yeyən Selena Qomes fanatlarını qorxutdu

Müğənni Selena Qomes qeyri-adi tərkibli sendviç yediyinə görə fanatlarını qorxudub.

Kriminal.Az gazeta.ru-ya istinadən xəbər verir ki, ifaçının sevgilisi Benni Blanko ona qarpız, pendir və xiyar turşusu ilə sendviç hazırlayıb.

Selenanın qeyri-adi qida zövqü onun pərəstişkarlarını şübhəyə salıb. Onlardan bəziləri Qomesin mümkün hamiləliyini müzakirə etməyə başlayıblar.

Qeyd edək ki, dekabr ayında Selena Qomes musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü açıqlayıb.

Top
0.042732954025269