kriminal.az
Sevda Yahyayeva:

Müğənni Sevda Yahyayeva üçüncü övlad istəmədiyini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, bu barədə ifaçı sosial media hesabında canlı yayım zamanı ona ünvanlanan sualları cavablandırarkən deyib. Sevda həyat yoldaşı ilə bu mövzuda həmfikir olmadıqlarını söyləyib:

"Yox, üçüncü uşaq istəmirəm. Çünki həyat yoldaşım onun çətinliyindən xəbərsizdir. Elə iki dənə bəsidir. Deyir, üçüncü uşaq olmasa, boşayacağam səni. İkisinə güclə baxırıq, üçüncünü də istəyir. Səhər gedir, axşam gəlir, Evdə baş verənlərdən xəbəri yoxdur. Allah bütün balaları saxlasın. Bütün arzusunda olanlara nəsib etsin, gözəl hislərdir. Qoy, uşaqlar dünyada xoşbəxt, sağlam, analı-atalı böyüsünlər, gözəl bəxtləri olsun, yaxşı insanlarla rastlaşsınlar. Amma mənə ikisi bəsdir".

Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün 2 qız övladı var.

Top
0.09703803062439