kriminal.az
Olimpiadanın açılış mərasimində Dionis rolunu oynayan aktyor üzr istəyib

2024-cü ildə Parisdə keçirilən Olimpiadanın açılış mərasimində Dionis obrazını canlandıran aktyor Filip Katerin üzr istəyib. O, heç kimə zərər vermək istəmədiyini qeyd edib.

Kriminal.Az bu barədə "Championship"ə istinadən xəbər verir.

"Bu, kiminsə xətrinə dəydisə, şoka saldısa, çox üzr istəyirəm. Demək istədiyim tam olaraq bu deyildi. Mən xristian dini ilə tərbiyə almışam və bunun ən gözəl tərəfi bağışlamaqdır. Ona görə də sizi incitmişəmsə, üzr istəyirəm.

Görüntülərə baxdım. Onlar mənə çox günahsız göründülər", - deyə Katerin bildirib.

Top
0.088042974472046