kriminal.az
Jerarddan Roza Zərgərliyə CAVAB:

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerard Qafarov işsizlikdən və yemək almağa pul tapmamasından şikayətlənib. O, sosial media hesabında bu fikirləri yazıb: "4-5 gündür ki, işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm".

Müğənni Roza Zərgərli "Instagram" hesabında paylaşım edərək qeyd edib ki, Jerard dilənçiliyi, xalqa müraciəti daha üstün tutur, nəinki iş görməyi.

Kriminal.Az-ın əməkdaşı mövzunun detallarını öyrənmək üçün Jerard Qafarovla əlaqə saxlayıb.

O, cəmiyyətdə yanlış fikir formalaşdığını qeyd edib:

"Roza xanımla bir problemim yoxdur. Sadəcə, öz durumumu paylaşaraq insanlardan yardım istədim. Söhbət pulda deyil. Özümü dolandırmaq üçün iş axtarıram. Çünki hara işə düzəlsəm, internatda böyüdüyümü biləndən sonra məni işdən kənarlaşdırırlar. Roza xanımla uşaq evində tanış olmuşam. Evinə qonaq getmişəm, bayramdan-bayrama görüşmüşük. Ayda-ildə bir dəfə cibimə xərcliyə pul qoyub. Bu yardım kiminsə həyatını dəyişəcək gücdə deyil. Roza xanımın əleyhinə danışmıram, sadəcə, öz vəziyyətimi paylaşmışam. İnanmayan şəxsləri də yaşadığım yerə dəvət edirəm. Gəlib reallıqla tanış olsunlar. Ağ günə çıxa bilməmişəm. Mən də yaşamaq istəyirəm.

Roza xanımın mənə daim dəstək olması ilə bağlı cəmiyyətdə yanlış fikir yaranıb. Elə bir situasiya olsa, son paylaşımı etməzdim. Roza xanımla əlaqəm yoxdur, 4 ilə yaxındır ki, uzaq yaşayıram. 4 il ərzində ayda-ildə bir dəfə "salam-sağ ol" edərik. Bu müddət ərzində müxtəlif yerlərdə fəhlə işləmişəm. Fəhləlikdən də yorulmuşam, daimi, normal işim yoxdur ki, həyatımı yaşaya bilim. Roza xanım məni heç vaxt işə düzəltməyib. Sadəcə, bayramdan-bayrama eyni məkanda olmuşuq".

Jerard onu da qeyd edib ki, qanuni olaraq dövlət himayəsində hesab edilir: "Məni heç kim övladlığa götürməyib. Elə bir şey yoxdur. Uşaq evi qeydiyyatındayam. Roza xanım paylaşım edib ki, guya mən dilənçilik edirəm. Xeyr, elə deyil. Dilənçilik etmirəm, insanlardan dəstək istəyirəm. Pul almaq bir-iki dəfə olur, yalnız iş istəyirəm".

Qeyd edək ki, Jerardın qardaşı aktyor Corc Qafarovdur. R. Zərgərlinin Bənövşə adlı doğma qızı da var.

Məhərrəm Əliyev

Top
0.046532869338989