İspaniya La Liqasının 2-ci turunda "Real Madrid" və "Valyadolid" komandalarının qarşılaşdığı matç başa çatıb.
Kriminal.Az xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar. Qarşılaşmanı Viktor Qarsiya Verduranın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
50-ci dəqiqədə "Real"ın yarımmüdafiəçisi Federiko Valverde hesabı açıb. Yarımmüdafiəçi Brahim Dias 88-ci dəqiqədə meydan sahibləri bir daha sevindirib. 90+6-cı dəqiqə oyunda son sözü hücumçu Endrik deyib - 3:0.
İspaniya çempionatının ötən mövsümündə "Real" ölkə çempionu olub. Komanda 38 görüşdə 95 xal toplayıb. "Valyadolid" isə Sequndada ikinci yeri tutub.