Məşhur idmançılar arasında döyüşlər təşkil edən boks təşkilatının yaradıcısı, məşhur ingilis bloqer KSI Portuqaliya millisinin və "Ən-Nəsr"in 39 yaşlı hücumçusu Kriştianu Ronaldu ilə bir sıra Avropa qrandlarının 42 yaşlı sabiq hücumçusu Zlatan İbrahimoviç arasında döyüş təşkil etmək istədiyini açıqlayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
"Ronaldu ilə İbrahimoviç arasında döyüş? Heç vaxt dəqiq bilə bilmərik, amma bu, möhtəşəm ola bilər", - KSI deyib.