Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
Kriminal.Az xəbər verir ki, o, hazırkı klubunda özünü xoşbəxt hiss etdiyini, Səudiyyə Ərəbistanı çempionatından zövq aldığını və karyerasını məhz burada "Ən-Nəsr"də bitirmək istədiyini açıqlayıb.
Ancaq hücumçu bunu 2-3 ildən sonra etmək fikrində olduğunu deyib. Həmçinin o, karyerasını bitirdikdən sonra məşqçilik etmək niyyətində olmadığını da söyləyib.
Qeyd edək ki, 39 yaşlı futbolçunun "Ən-Nəsr"lə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. O, yeni mövsümdə meydana çıxdığı 3 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib.