UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində Türkiyə təmsilçisi "Qalatasaray" İsveçrənin "Yanq Boyz" komandasını qəbul edib.
Kriminal.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri rəqibləri ilə bacarmayıb - 0:1.
Matçın 88-ci dəqiqəsində Alan Vircinius fərqlənib.
Bununla da "Qalatasaray" Çempionlar Liqasında mübarizəsini dayandırıb.
Xatırladaq ki, cütlüyün birinci oyununda isveçrəlilər 3:2 hesabı ilə qalib gəlmişdi.