kriminal.az
Rafael Fiziyev UFC-yə qayıdacağı tarixi açıqlayıb

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev ağır zədədən sonra oktaqona qayıdacağı vaxtı açıqlayıb.

Kriminal.Az xəbər verir ki, yüngül çəki dərəcəsində döyüşən idmançı bu ilin noyabr-dekabr aylarında oktaqona qayıtmağı planlaşdırdığını qeyd edib. O, 2023-cü ilin martında uduzduğu Castin Qetjini rəqibi kimi görmək istəyir.

Xatırladaq ki, Rafael Fiziyev Mateuş Qamrotla döyüşdə aldığı ağır zədədən sonra bir ildir ki, müalicə olunur. Rafael ikinci raundda diz bağlarını qoparıb və mübarizəni davam etdirə bilməyib.

Top
0.06746506690979