Çində sərfəli qiymətə "Voyah" krossoverinin yığılmasına başlanılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.
Çində "Zhiyin" adı ilə tanınan yeni model "Voyah" zavodunda qeydiyyatdan keçib və onun rəsmi premyerası yaxın günlərdə Çenduda baş tutacaq. Çin mediası yazır ki, "Zhiyin" "Free"dən bir pillə aşağı yer tutacaq və o təkcə Çində deyil, həm də Avropa da daxil olmaqla ixrac bazarlarında satılacaq.
Bu, gənc auditoriyaya yönəlmiş krossoverdir. Ölçülərinə görə o "Free" modelindən daha kiçikdir: uzunluğu 4,72 metr, təkər bazası 2,9 metr. "Zhiyin"in xarici dizaynı isə müasir "Lincoln" avtomobillərini xatırladır.
Artıq məlumdur ki, "Zhiyin" 292 at qüvvəli elektrik mühərriklə təchiz ediləcək. Onun alternativi isə 313 at gücünə malik tək ötürücülü versiya olacaq. Krossover, həmçinin 218 at qüvvəli bir cüt elektrik mühərrikindən ibarət qurğu ilə tam ötürücülü versiyaya sahib olacaq. CATL batareyasının tutumu 77-109 kilovat-saat, güc ehtiyatı isə versiyadan asılı olaraq 570-901 kilometr arasında dəyişəcək.