Adil Şükürov "Kəpəz" klubu ilə yolları ayırıb.
Kriminal.Az xəbər verir ki, Adil Şükürov öz qərarı ilə baş məşqçi postunu tərk edib.
Qeyd edək ki, Premyer Liqada 4 turdan sonra xalsız olan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb.
Məşqçi 2023-cü ilin noyabrından bölgə təmsilçisində çalışıb.