kriminal.az
Beş gün öncə itkin düşən ispaniyalı kanoeçinin cansız bədəni tapılıb

İspaniyalı kanoeçi Xuan Karlos Lopesin cansız bədəni beş gün sonra öz avtomobilində tapılıb.

Kriminal.Az "Mundodeportivo"ya istinadla xəbər verir ki, təcrübəli kanoeçi Xuan Karlos Lopesin ailəsi idmançının beş gün öncə itkin düşməsi ilə bağlı polisə şikayət edib.

Polislər beş gün davam edən axtarışlardan sonra idmançının cansız cəsədini avarçəkmə mərkəzinin yaxınlığında öz avtomobilində tapıblar.

Qeyd edək ki, polislər Xuan Karlos Lopesə heç bir zərər yetirilmədiyini, hətta avtomobilə şüşəni sındıraraq daxil olduqlarını bildiriblər.

Top
0.099157094955444