İspaniyalı futbolçu Serxio Ramos Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubu ilə razılaşıb.
Kriminal.Az xəbər verir ki, 38 yaşlı müdafiəçi "Əl-Oruba" klubu ilə danışıqları yekunlaşdırıb.
Serxio Ramosun razılaşdığı komanda ötən mövsümün sonunda yüksək liqaya yüksəlib.
Qeyd edək ki, "Əl-Oruba" bu mövsüm keçirdiyi hər iki matçda 1:4 hesablı məğlubiyyətlə üzləşib.
Ramos uzun müddət Avropada çıxış etdikdən sonra indi özünü Yaxın Şərqdə sınayacaq.