PSJ-nin yarımmüdafiəçisi Marko Asensio karyerasını "Fənərbağça"da davam etdirəcək.
Kriminal.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq sövdələşmə başa çatıb və söhbət icarədən yox, təfərrüatı açıqlanmayan tamhüquqlu transferdən gedir.
Ötən mövsüm 28 yaşlı futbolçu PSJ-nin heyətində Liqa 1-də 19 oyunda iştirak edib və dörd qol vurub. Onun ölkə kubokunda da beş oyunu və bir qolu var. Çempionlar Liqasının altı oyununda ispaniyalı fərqlənməyib. Daha əvvəl Paris qrandı Asensionun "Napoli"nin forvardı Viktor Osimhenin mümkün alınması üçün müqaviləyə daxil edilməsi variantını nəzərdən keçirirdi.
Xatırladaq ki, "Fiorentina"nın sabiq yarımmüdafiəçisi Sofyan Amrabatın da "Fənərbağça"ya keçdiyi barədə xəbərlər yayılmışdı.