kriminal.az

Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu Vinisius Juniora beşillik müqavilə üçün 1 milyard avro təklifdən əlavə, karyerasını başa vurduqdan sonra ölkənin istənilən qurumunda vəzifədə işləmək fürsəti təklif edib.

Kriminal.Az xəbər verir ki, bundan əlavə, "Əl-Hilal" Vinisiusun oynadığı "Real Madrid"ə də 1 milyard avro verəcəyini bildirib.

Həmçinin, Vinisiusa 2029-cu ildə növbəti klubunu seçmək azadlığı, 2034-cü il dünya çempionatı və Səudiyyə Ərəbistanı çempionatının səfiri rolu təklif olunub.

Qeyd edək ki, braziliyalı ulduz futbolçu daha öncəki açıqlamasında "Qızıl Top" mükafatını almadan Avropa futbolunu tərk etmək istəmədiyini bildirmişdi.

Top
0.068773984909058