kriminal.az
Nazir müavini:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və GLOBSEC2024-ün birgə təşkilatçılığı ilə "COP29 və yaşıl üfüqlər: İqlim dəyişikliyinin idarə edilməsi" mövzusunda panel keçirilib.

Kriminal.Az-a bu barədə BMTM-dən məlumat verilib.

Bildirilib ki, "The VONA & The Tide" təhsil və məşvərət platformasının təsisçisi Sofiia Shevchukun moderatorluğu ilə keçirilən paneldə iqlim dəyişmələrinə qarşı fəaliyyətlərin və dünyada yaşana biləcək arzuolunmaz ssenarilərin qarşısının alınması üçün regionlarası əməkdaşlığın vacibliyi vurğulanıb.

Həmçinin, energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov indiyədək Azərbaycan tərəfindən danışıqlar və praktiki addımlar istiqamətləri üzrə görülən işlər barədə məlumat verib.

Azərbaycan tərəfindən irəli sürülən 14 təşəbbüs barədə danışan Soltanov qeyd edib ki, onlardan 3-ü maliyyə məsələləri ilə bağlıdır, 4-5 bənd isə enerji və "yaşıl" keçid məsələlərini ehtiva edir.

Nazir müavini onu da əlavə edib ki, builki COP29 atəşkəs dövrü olacaq:

"Bizim "COP atəşkəsi" kimi ideyamız mövcuddur. Biz hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik. Çünki 1 saatlıq olsa da, atəşkəs bizim üçün vacibdir. Müharibələr istixana qazlarının əsas mənbəyidir".

Su çatışmazlığı sahəsində vəziyyətin digər iqlim məsələləri müqayisədə daha çox narahatlıq yaratdığını deyən Soltanov bunun kənd təsərrüfatı, qida sistemləri, turizm və digər sahələrə mənfi təsirlərini diqqətə çatdırıb, həmçinin Azərbaycanın bütün tərəflərlə ikitərəfli, üçtərəfli, çoxtərəfli və hökumətlərarası səviyyələrdə əməkdaşlıq etdiyini vurğulayıb.

Mərahim Nəsib

Top
0.072584867477417