kriminal.az
Məşhur müğənnidən gözlənilməz açıqlama: Adele karyerasına fasilə verir

Münhendəki şouda Adele karyerasında uzunmüddətli fasilə verəcəyini bəyan edib.

Kriminal.Az The Independent-ə istinadən xəbər verir ki, Adelenin noyabr ayında Las-Veqasda daha 10 çıxışı qalıb, bundan sonra pərəstişkarları onu uzun müddət görə bilməyəcəklər. 36 yaşlı müğənni artıq üç ildir fasiləsiz çıxışlar etdiyini, bu ritmdən yorulduğunu və sadəcə öz həyatını yaşamaq istədiyini etiraf edib.

Adelenin sözlərinə görə, o, əvvəllər heç vaxt bu qədər uzun müddət işləməyib və gələcəkdə belə bir qrafikə qayıtmaq niyyətində deyil.

"Son yeddi ili özüm üçün yeni bir həyat qurmaqla keçirdim və indi onu yaşamaq istəyirəm" , - deyə ifaçı bildirib.

Top
0.097532987594604