kriminal.az
Vandammın məşhur hərəkətini təkrarlayan aktrisa gündəm oldu

Hollivud ulduzu Jan-Klod Vandammın iştirakı ilə "Volvo"nun əfsanəvi reklamının Qazaxıstanda yeni versiyası çəkilib.

Kriminal.Az-ın məlumatına görə, kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Avtomobil satış salonunda çəkilmiş kadrlarda Van Dammın rolunu yerli aktrisa Jibek Jappasbayeva ifa edib. O da hərəkət edən iki BMW arasında uzununa şpaqat edərək çeviklik və tarazlıq möcüzələri nümayiş etdirib.

Qeyd edək ki, 2013-cü ildə "Volvo" markalı yük maşınının "The Epic Split" ("Epik şpaqat") adı ilə çəkilmiş orijinal video əsl sensasiyaya çevrilərək "YouTube"da 120 milyondan çox baxış toplayıb.

Vandammın məşhur hərəkətini təkrarlayan aktrisa gündəm oldu

Vandammın məşhur hərəkətini təkrarlayan aktrisa gündəm oldu

Top
0.094389915466309