kriminal.az
Bu ilin sonunadək

"Vətəndaşların hökumətlə rahat ünsiyyəti üçün bu ilin sonunadək "Mygov" platformasında süni intellekt tətbiq olunacaq".

AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev "Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri" adlı beynəlxalq tədbirdə deyib.

"Belə ki, vətəndaş artıq suallarını süni intellekt vasitəsilə istər yazılı (mətn formasında) və ya səsli şəkildə hökumətə çatdıra biləcək. Bu istiqamətdə işlər aktiv şəkildə davam edir. İlin sonunadək yekunlaşacağı gözlənilir", - deyə Ş.Əliyev bildirib.

Top
0.047826051712036