kriminal.az
Şahab Şayan:

"Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi zamanı Dubay təcrübəsini mənimsəyə və ölkədə davamlı turizmi gücləndirmək üçün istifadə edə bilər".

Bunu "Report"a açıqlamasında Dubayın İqtisadiyyat və Turizm Departamentinin Asiya-Sakit Okean regionu üzrə beynəlxalq əməliyyatlar üzrə regional direktoru Şahab Şayan bildirib.

Onun sözlərinə görə, Dubay turizmdə ekoloji dayanıqlılığı təmin etmək üçün layihələri fəal şəkildə həyata keçirir:

"Məsələn, COP28-ə hazırlıq infrastrukturun inkişafı, həmçinin mehmanxana və turizm sektorunda ekoloji cəhətdən məsuliyyətli təcrübələrin tətbiqi üçün əhəmiyyətli səylər daxil idi. Biz Azərbaycana COP29-a hazırlıq prosesində hərtərəfli dəstək verməyə hazırıq", - regional direktor qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin noyabrın 30-dan dekabrın 12-dək Dubayda BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (COP28) Tərəflər Konfransının 28-ci sessiyası keçirilib. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar Dubayda elan edilib.

Azərbaycan BMT çərçivəsində öhdəliklərə hələ 2015-ci ildə qoşulub - Paris iqlim sazişi (198 ölkə imzalayıb) istixana effekti səbəbindən qlobal istiləşmə ilə bağlı dünya dövlətlərinin narahatlığını bölüşür.

Top
0.0380539894104